Avropa Parlamentinin ZƏRƏRLİ VƏRDİŞİ – Lobbi oyuncaqları qətnaməbazlıqdan niyə ƏL ÇƏKMİR?

Avropa Parlamentinin ZƏRƏRLİ VƏRDİŞİ – Lobbi oyuncaqları qətnaməbazlıqdan niyə ƏL ÇƏKMİR?

Hazırda oxunan: Avropa Parlamentinin ZƏRƏRLİ VƏRDİŞİ – Lobbi oyuncaqları qətnaməbazlıqdan niyə ƏL ÇƏKMİR?

158619

Xəbər verdiyimiz kimi, Avropa Parlamenti (AP) ötən gün Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib, 46 deputat əleyhinə səs verib, 16 deputat bitərəf qalıb. AP-nin bu qətnaməsi qərəzlidir və ən əsası korportiv maraqlara söykənir.

AP niyə məhz oktyabrın 5-də qətnamə qəbul etdi?

Məlum olduğu kimi, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin Sammiti keçirilib. Həmin sammitə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət edilmişdi. Eyni zamanda, bu sammit çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Aİ liderlərinin 5 tərəfli görüşü planlaşdırılmışdı. Lakin, Azərbaycan bu görüşdə Türkiyənin də iştirakını vacib hesab etdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Sülhməramlılar Qarabağı tərk edir - TASS 


Amma xristian birliyi Azərbaycanın bu təklifini qəbul etmədi. Bundan sonra Azərbaycan lideri Qranada sammitinə və 5 tərəfli görüşə gəlməkdən imtina etdi. Artıq oktyabrın 3-də xəbər tirajlandı ki, İlham Əliyev Qərbin təklifini geri çevirib. Təbii ki, Azərbaycan Prezidentinin bu prinsipiallığı və qətiyyəti Qərb liderlərinin xoşuna gəlmədi. Öz ağalarından göstəriş alan Avropa Parlamentinin korrupsioner üzvləri hərəkətə keçdilər. Heç bir müzakirə və maneə olmadan qətnamə böyük səs çoxluğu ilə “qəbul edildi”.

Beynəlxalq təşkilatlar qlobal güclərin maşasıdır

Bildiyimiz kimi, bütün beynəlxalq təşkilatların sözdə hansısa problemin həlli üçün yaradıldığı deyilsə də, həqiqətdə həmin qurumlar böyük dövlətlərin əlində bir rupor, alətdir. İndi hər kəs bilir ki, BMT belə supergüclərin əlində oyuncağa çevrilib. O cümlədən də, Avropa Parlamenti də qlobal güclərin maşasıdır. Hansısa ölkəni cəzalandırmaq və yaxud “islah etmək” üçün qlobal güclər BMT, AP kimi qurumlardan istifadə edirlər. 

Məsələn, Əfqanıstanda 12 milyon əhali aclıqdan və safələtdən qırılır. Bu azmış kimi bu qədər insan bədnam Taliban hakimiyyəti altında bütün insani hüquqlardan məhrum edilib. İraqın 40 milyondan, Suriyanınsa 25 milyona yaxın əhalisi səfillik və sonu görünməyən müharibənin məngənəsində məhv olub gedir. Hələ Afrika ölkələrindəki dəhşətli vəziyyəti demirik. Adını çəkdiyimiz və çəkmədiyimiz ölkələrin xarabazarlığa çevrilməsinin və milyonlarla günahsız insanın qətl edilməsinin, qaçqın düşməsinin tək günahkarı isə Qərbdir. 

Son 15 ildə Suriya əhalisinin 13 faizi ABŞ və Avropanın zərərli  iddiaları hesabına məhv edilib. Hazırda Türkiyədə 3 milyon suriyalı qaçqın var.

Onların Suriyaya qayıtması üçün nə ABŞ, nə də ki, Aİ tükünü belə tərpətmir. Amma 5-6 min erməninin könüllü şəkildə Qarabağı tərk etməsini Avropa Parlamenti insanlığın faciəsi hesab edir. Bütün bu və digər faktlar onu sübut edir ki, Qərb üçün müqəddəs dəyərlər yox, korporativ maraqlar var.
AP-nin dünən qəbul etdiyi qətnamə də bir ovuc erməninin dərdini ağlamaq üçün deyil. Bu sadəcə həmin güclərin Azərbaycanın müstəqil xarici siyasətini qəbul edə bilməməklərindən qaynaqlanır. Qərb Azərbaycanda rahat idarə edə biləcəyi iqtidarın xəyalını qurur. İlham Əliyevin xarici və daxili siyasəti isə milli və dövləti maraqlarına söykənir. 

Qərbi də Azərbaycanın milli maraqları yox, özlərinin korporativ maraqları düşündürür. Ona görə də AP-nin son qətnaməsi birbaşa Azərbaycanın müstəqil siyasətinə yönəlmiş bir qəsddir.

Qərbdə “lobbiçilik” niyə qanuni sayılır?

Məlum olduğu kimi Qərbdə lobbiçilik qanunla qadağa edilməyib. Ona görə də istənilən QHT və parlament üzvü hansısa dövlətin vəkili kimi çıxış edə bilər. Bu vəkillik müqabilində alınan rüşvətsə korrupsiya elementi yox, qonarar hesab edilir. Zaman-zaman AP üzvlərinin biabırçı korrupsiya qalmaqallarını eşitmişik, görmüşük. Amma biabırçı faktların çoxu məqsədli şəkildə gizlədilir. Çünki “lobbiçilik” edən deputatlar qonarardan əvvəl, qlobal güclərdən göstəriş alır. Göstərişsiz “lobbiçilik” edənlərsə anında cəzalandırılırlar. 

Məsələn, AP-nda 2022-ci ildə çox biabırçı bir hadisə baş verdi. Belə ki, Qətər hakimiyyətindən pul alan Avropa Parlamentinin vitse-spikeri Yeva Kayli polis tərəfindən həbs olundu. Səbəbsə o idi ki, xanım Yeva Qətər dövlətinə hansısa məsələdə “lobbiçilik” etmişdi. 

AP-nin vitse-prezidenti əslində qeyri-adi bir iş görməmişdi. Onun Qətərlə bağlı “lobbiçiliyi”yi gündəlik işinin bir parçası idi.

Amma burda problem o idi ki, xanım Yeva qlobal güclərdən göstəriş almadan və şəxsi təşəbbüsü ilə ərəblərə “lobbiçilik” etmək istəmişdi. Təbii ki, xanım deputatın şəxsi təşəbbüsü sonda başına bəla oldu və bir andaca cinayətkara çevrildi. 

Bax, Avropa Parlamentinin mahiyyəti budur. Heç də o deputatlar göründüyü kimi azad və müstəqil deyillər. Onlar böyük güclərin pul kisəsindən asılıdırlar. Bir faktı da diqqətə çatdıraq ki, Avropa İttifaqında əsas lobbiçi Fransanın “Coop de France” şirkətidir. Həmin şirkətin səhmlərinin 90 faizi isə Fransadakı erməni milyarderlərinin əlindədir. Məhz həmin lobbiçilərin hesabına ötən gün AP Azərbaycanla bağlı bədnam qətnaməni qəbul etdi.

Qətnamənin heç bir hüquqi təsir imkanı yoxdur

AP-nin bədnam qətnaməsi tövsiyə xarakterli sənəddir. Avropalı deputatlar Aİ-yə tövsiyyə edir ki, Azərbaycana qarşı iqtisadi sanksiyaları nəzərdən keçirsin. Bu sənədin bir kağız parçasından ibarət olduğunu nəinki Ermənistanın baş naziri Nikol Paşinyan, hətta Fransa Prezidenti Emmanuel Makron da yaxşı bilir. 

Təsadüfi deyil ki, Makron ötən axşam etiraf edib ki, “Azərbaycana qarşı mümkün sanksiyalar əks-məhsuldardır”. Yəni, Azərbaycana qarşı sanksiya Avropanın özünə daha çox zərər verə bilər. Çünki Azərbaycan Aİ-nin strateji tərəfdaşı, Cənubi və Orta Avropa ölkələrinin əsas enerji təminatçısıdır. Qışın qapını kəsdiyi, Rusiya ilə münasibətlərin “rusca” olduğu bir vaxtda Aİ-nin hansısa sanksiyadan danışması sadəcə ağılsızlıq olardı.

Bu yerdə məşhur el misalı yada düşür:

İtə deyirlər ki, "niyə hürürsən?” Cavab verir ki, “qorxuduram”. “Bəs, onda quyruğunu niyə bulayırsan?” İt bu dəfə qayıdır ki, “özüm də qorxuram axı”.
Aİ bir yandan Azərbaycana “xox” gəlir, digər tərəfdənsə Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında bəyannamə imzalayır. Üstəlik, Paşinyanı da çağırıb məcbur edirlər ki, gəl canın çıxsın biz deyən sənədə qol çək. Təbii ki, Paşinyan da “baş üstə” deyib sorğusuz-sualsız sənədi imzalayır. Halbuki Azərbaycan nə o tədbirə qatılıb, nə də ki, hansısa bəyanat verib. Sadəcə Azərbaycan öz prinsiplərindən geri çəkilməyib. Hər zaman olduğu kimi Azərbaycan yenə də öz qətiyyətini və prinsipiallığını davam etdirir. 

Azərbaycan Qranadaya getməyərək bir daha dünyaya göstərdi ki, onunla güc dilində danışmağın zamanı keçib. Ona görə də AP-nin son qətnaməsi Azərbaycan üçün lazımsız kağız parçasından başqa bir şey deyil. Çünki, Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır. Özü də hava-su kimi…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO