Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya başsağlığı verib.
Bizim.Media xəbər verir ki, başsağlığında deyilir:
"İtaliya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Ciorcio Napolitanonun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Ciorcio Napolitanonun Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:34 / 23.09.2023
İlham Əliyev İtaliya Prezidentinə BAŞSAĞLIĞI VERDİ
Hazırda oxunan: İlham Əliyev İtaliya Prezidentinə BAŞSAĞLIĞI VERDİ
Hazırda oxunan: İlham Əliyev İtaliya Prezidentinə BAŞSAĞLIĞI VERDİ
156621
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.