"Yevlaxdakı görüş reinteqrasiyasının başlanğıcını qoyacaq" - Elçin Əmirbəyov

Hazırda oxunan: "Yevlaxdakı görüş reinteqrasiyasının başlanğıcını qoyacaq" - Elçin Əmirbəyov

156248

“Rəşadətli Ordumuz qanunsuz erməni silahlılarını Azərbaycandan çıxarmaq öhdəliyini özü yerinə yetirdi”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İngiltərənin “BBC World News” telekanalının canlı efirində deyib.

O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq:

"Eyni zamanda Yevlaxdakı bugünkü görüş isə Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi sahəsinə dinc reinteqrasiyasının başlanğıcını qoyacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO