Pol Qobl: "İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcək"

Hazırda oxunan: Pol Qobl: "İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcək"

155966

“İrəvan sülh danışıqlarından yayındıqca daha çox itirəcəyini başa düşəcək”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl deyib.

Onun sözlərinə görə, Ermənistan yaxın gələcəkdə sülhə yaxın durmayacaq:

“Mənə elə gəlir ki, real, bəlkə də, şiddətli qarşıdurma dövrünün astanasındayıq, bu çərçivədə bütün tərəflər mümkün olanı sınayır. Ermənistan təkbaşına qalib gələ bilməz, baxmayaraq ki, Azərbaycan bunu bacarar. Bu, İrəvanın və onu dəstəkləyənlərin üzləşməli olduğu reallıqdır”.

Mövcud problemin həll yollarına gəldikdə isə P.Qobl hər iki tərəfin danışıqlara davam etməli olduğunu vurğulayıb.

Müsahib Ermənistanın Rusiya və İranla münasibətinin pisləşməsinə də diqqət çəkib və söyləyib ki, Rusiya Cənubi Qafqazda mövqeyini itirir:

“Son zamanlar Ermənistanın həm Rusiya, həm də İranla münasibətləri o qədər də yaxşı deyil. Rusiyanın başı Ukraynada işğala qarışıb, Cənubi Qafqazda mövqeyini itirir. İran problemlər yarada bilər, lakin aqressiv çıxışlarına baxmayaraq, müdaxilə etməyi mümkün görünmür. Düşünürəm ki, bir müddətdən sonra İrəvan danışmadıqca daha çox itirəcəyini başa düşəcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO