
- A-
- A
- A+
İdman
20:06 / 23.10.2024
ÇL-in oyunundan əvvəl klub məşqçisinin qiymətli əşyaları OĞURLANDI
Hazırda oxunan: ÇL-in oyunundan əvvəl klub məşqçisinin qiymətli əşyaları OĞURLANDI
217474
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Çempionlar Liqasının oyunundan əvvəl "Bavariya"nın məşqçisinin qiymətli əşyaları oğurlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məşqçinin adı açıqlanmır.
Bu, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda "Barselona" - "Bavariya" qarşılaşmasından öncə olub. Oğru dünən Almaniya komandasının məşqçisinə San-Marti rayonunda hücum edərək onun bahalı saatını, İphone və pul kisəsini qarət edib.
Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır. Zərərçəkmişə bildirilib ki, oğurlanan əşyaları tapıb geri qaytarmaq çətin olacaq.
Qeyd edək ki, "Barselona" - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































