
- A-
- A
- A+
Rusiyada tikintidə yıxılaraq ölən zaqatalalı fəhlənin KİMLİYİ məlum olub
Bir neçə gün öncə Rusiyanın Nijni Novqorod şəhərində tikintidə çalışan azərbaycanlı fəhlənin 17-ci mərtəbədən yıxılıb ölməsi ilə bağlı xəbər vermişdik.
Həmin şəxsin kimliyi məlum olub.
Bizim.Media-ya daxil olan məlumata görə, ölən şəxs Zaqatala rayonu Yeni Suvagil kənd sakini, 49 yaşlı Faiq Mirzəyev olub.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada azərbaycanlı fəhlə 17-ci mərtəbədən yıxıldı
Eyni şəhərdə Zaqataladan olan daha bir şəxs - Dağlı kənd sakini 23 yaşlı Məhəmməd Rövşən oğlu Məmmədov da fəhlə işlədiyi binanın 25-ci mərtəbəsindən yıxılaraq ölüb.
Xatırladaq ki, həmin xəbərdə hadisənin Kanavin rayonunun Çonqarskaya küçəsində tikintisi aparılan "Jurovada" yaşayış kompleksidə baş verdiyi və inşaat rəhbərinin insidenti gizlətdiyi qeyd edilmişdi.
Rəna Cumaqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































