İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) Avrasiya Regional Mərkəzinin İdarə heyətinin sədri Elçin Əsgərov son zamanlar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi provakasiya aktlarını pisləyən bəyanatla (//icyf-erc.org/statements/statement-of-chair-of-the-board-of-icyf-erc-on-the-recent-provocations-of-the-republic-of-armenia-against-the-republic-of-azerbaijan/ ) çıxış edib.
Bizim.Media xəbər verir ki, bəyanatda Azərbaycanın Qarabağ ərazisində Ermənistan tərəfindən dəstəklənən qondarma rejimin “seçiklərin”in keçirilməsi kəskin pislənilir və beynəlxalq hüququn normalarının pozulması kimi dəyərləndirilir.
Ermənistan Respublikası davamlı olaraq Qarabağda separatçı rejimə dəstək göstərməklə regionda sülhün və erməni əhalisinin Azərbaycana reinteqrasiya olunması prosesinə mane olur və bu səbəbdən İƏGF Avrasiya Regional Mərkəzi Qarabağ ərazisindən Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin çıxarılmasını tələb edir.
Bəyanatda o cümlədən, Ermənistanı dərhal Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn qeyri-qanuni fəaliyyətlərə son qoymağa və regionda sülh prosesinin əldə edilməsi üçün Azərbaycanla diplomatik münasibətlərin qurulması prosesində iştirak etməyə çağırış öz əksini tapıb.
İƏGF Avrasiya Regional Mərkəzi idarə heyətinin sədri eləcə də İslam Əməkdaşlıq Təşkilatı üzv ölkələrinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü qeyri-qanuni fəaəliyyətləri pisləməyə çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:42 / 09.09.2023
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provakasiyalarını pisləyən BƏYANAT YAYDI
Hazırda oxunan: İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provakasiyalarını pisləyən BƏYANAT YAYDI
Hazırda oxunan: İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provakasiyalarını pisləyən BƏYANAT YAYDI
154422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.