Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını dəstəkləməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan XİN Paşinyana CAVAB VERDİ
"Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin", - nazirlikdən bildirilib.
Bizim.Media