Hulusi Akar: “Yenə də Azərbaycanın yanında olacağıq” – Sarkisyana birbaşa CAVAB

Hulusi Akar: “Yenə də Azərbaycanın yanında olacağıq” – Sarkisyana birbaşa CAVAB

Hazırda oxunan: Hulusi Akar: “Yenə də Azərbaycanın yanında olacağıq” – Sarkisyana birbaşa CAVAB

15237

“Biz eyni zamanda yeddi iqlimdəki üç qitəyə sülhü, əmin-amanlığı, nəcabəti və sabitliyi aparan əcdadlarımızdan aldığımız ilhamla başda Azərbaycan və Liviya olmaqla könül coğrafiyamızda dost, müttəfiq, qardaş millətlərlə tapdalanan bütün insani dəyərlər üçün də mübarizə aparırıq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 Mart – Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunan tədbirdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik” – Türkiyəli nazir


“Bu çərçivədə 500 illik qardaşlıq əlaqələrimiz olan Liviyada təlim, yardım və məşvərət fəaliyyətlərimizi davam etdiririk.

Haqlı davalarında liviyalı qardaşlarımızla birgəyik. Məqsədimiz “Liviya liviyalılarından” anlayışı ilə ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş, sülh və sabitlik içində yaşayan bir Liviyanın formalaşmasında töhfə verməkdir.

Eyni şəkildə “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir və birlikdə olduğumuz can qardaşımız olan Azərbaycanın dünən olduğu kimi bu gün də haqlı davalarında yanlarında olacağımızı, olduğumuzu bir daha bildirmək istəyirəm”, - nazir qeyd edib.

Təbii ki, bu, türkiyəli nazirin Ermənistana növbəti mesajıdır. Çünki dünən sabiq prezident Serj Sarkisyan açıqlamasında “Qarabağdan qalan ərazi heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikirlərini səsləndirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO