“Belçikadan Azərbaycana qoyulan investisiya 120 milyon, Azərbaycandan Belçikaya qoyulan investisiya isə 250 milyon ABŞ dolları həcmindədir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı deyib.
Nazir bildirib ki, görüşdə, həmçinin Azərbaycanın son illər ərzində Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində artan rolu, yeni icra olunan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media