Bayramovla Mnatsakanyan sabah Cenevrədə görüşəcəklər

Bayramovla Mnatsakanyan sabah Cenevrədə görüşəcəklər

Hazırda oxunan: Bayramovla Mnatsakanyan sabah Cenevrədə görüşəcəklər

1491

Oktyabrın 29-da Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında danışıqlar gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “İnterfaks” agentliyinə müsahibəsi zamanı açıqlama verib.

Dövlət başçısı bildirib ki, Cenevrədəki danışıqlarda erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğunu görəcəyik:

“Azərbaycan bütövlükdə bu prinsipləri qəbul edib, əlbəttə, orada bizi qane etməyən müəyyən məqamlar var. Birinci mərhələdə beş rayonun qaytarılmasının nəzərdə tutulmasına gəldikdə isə, əlbəttə, indi bu, artıq aktual deyil”.

Prezident deyib ki, birinci mərhələni praktiki olaraq başa çatdırmışıq. Bu səbəbdən əgər indi erməni tərəfi baza prinsiplərinə sadiq olduğunu bildirərsə, biz dərhal hazırda işğal altında olan Laçın, Kəlbəcər rayonlarının və Ağdam rayonunun bir hissəsinin Azərbaycanın nəzarətinə verilməsi barədə danışacağıq.

“Əgər biz siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır”-deyə dövlət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO