Baş Prokurorluqdan Ermənistanın ekoloji cinayətləri barədə Avropa Şurasına MÜRACİƏT 

Hazırda oxunan: Baş Prokurorluqdan Ermənistanın ekoloji cinayətləri barədə Avropa Şurasına MÜRACİƏT 

148981

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

Müraciətdə deyilir: 

"Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma davam etdirilir. 

Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin mühafizəsi normalarının pozulması əlavə tədbirlərin görülməsini zəruri edib. 

Bununla əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Şurasına müraciət ünvanlanıb. 

Müraciətdə BMT-nin Transsərhəd Su Məcraları və Beynəlxalq Göllərin mühafizəsi və Espoo (Ətraf Mühitə təsirin ölçülməsi) konvensiyalarının, eləcə də, ətraf mühitin mühafizəsinin tələblərinə dönmədən riayət edilməsi, dağ-mədən obyektlərinin işinin düzgün təşkili normalarına əməl olunması və ətraf mühitə dəymiş ziyanın müəyyənləşdirilməsində ölkəmizin səlahiyyətli qurumları ilə əməkdaşlığın vacibliyi vurğulanıb". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO