Azərbaycanın Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, komissiyanın üzvləri arasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi Ramiz Mehdiyevin adı çıxarılaraq İsa Həbibbəyli ilə, mədəniyyət naziri kimi Əbülfəs Qarayevin adı çıxarılaraq Adil Kərimli ilə, səhiyyə naziri kimi Oqtay Şirəliyevin adı çıxarılaraq Teymur Musayevlə, elm və təhsil naziri kimi Ceyhun Bayramovun adı çıxarılaraq Emin Əmrullayevlə əvəzlənib.
Bununla yanaşı yeni tərkibdə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti kimi Arif Həşimov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi isə İbrahim Quliyev təsdiqlənib.
Həmçinin Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi Natiq Əliyevin, eləcə də Xalq rəssamı Ömər Eldarovun adı komissiyanın üzvləri arasında yer alıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:42 / 28.07.2023
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
Hazırda oxunan: Dövlət Mükafatları Komissiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
Hazırda oxunan: Dövlət Mükafatları Komissiyasının yeni tərkibi TƏSDİQLƏNDİ
148350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.