“Ermənistanla sülh müqaviləsinə ən yaxın gələcəkdə nail olmaq olar” - Prezident 

“Ermənistanla sülh müqaviləsinə ən yaxın gələcəkdə nail olmaq olar” - Prezident 

Hazırda oxunan: “Ermənistanla sülh müqaviləsinə ən yaxın gələcəkdə nail olmaq olar” - Prezident 

147747

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsindən də bəhs edib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bildirib: 

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Çin mətbuatına MÜSAHİBƏSİ


“Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər.

Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar.

Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO