“Arayik Xankəndidəki əhaliyə qarşı qırğın törədə bilər” – Erməni blogerlə EKSKLÜZİV MÜSAHİBƏ

“Arayik Xankəndidəki əhaliyə qarşı qırğın törədə bilər” – Erməni blogerlə EKSKLÜZİV MÜSAHİBƏ

Hazırda oxunan: “Arayik Xankəndidəki əhaliyə qarşı qırğın törədə bilər” – Erməni blogerlə EKSKLÜZİV MÜSAHİBƏ

147274

“Qondarma rejimin qondarma prezidenti öz özlüyündə bəyan etdi ki, əgər Laçın dəhlizi açılmasa, bununla bağlı çox ciddi tədbirlər görüləcək. Ancaq burada başa düşülmür ki, o, hansı ciddi tədbirləri həyata keçirəcək?! Bunun üçün onun əlinin altında hansısa lazımi alətlər varmı?”.

Bu fikirləri BizimMedia-ya müsabibəsində tanınmış erməni fəal və bloger, sülhməramlı təşəbbüsləri ilə tanınan İşxan Verdyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni bloger: "Qarabağ Azərbaycandır! Bununla razılaşın və hər şey yaxşı olacaq"


Qondarma qurumun qondarma prezidentinin “Azərbaycana qarşı sərt tədbirlər görəcəyik”, ifadəsini şərh edən erməni bloger bunu gülünclük adlandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Verdyan, ölkəsi olmayan qondarma prezident Arayik Arutyunyan Laçın sərhəd keçid məntəqəsinin bağlanmasından sonra daha bir gülünc açıqlama verdi, “sərt tədbirlər görəcəyik”, - dedi. O “sərt addımlar” deyəndə nəyi nəzərdə tutur:

- Təbii ki, başa düşüləndir ki, Azərbaycanın həyata keçirdiyi addımlara qarşı onun heç bir səlahiyyəti çatmır. Həmçinin o, Azərbaycana qarşı heç bir güc tətbiq etmək şəraitində və iqrtidarında da deyil. Həmçinin beynəlxalq arenada səsləndirilən ittihiamlar da heç bir nəticə vermir. Sadəcə boş-boş bəyanatlar qəbul olunur. Ən sonda Arayikin əlində tək bir çarə qalır. Bu da ermənilərə qarşı törədilə biləcək repressiya.

- Dünyaya “blokadadayıq” deyə hayqıran Arayik öz millətinə qarşı repressiya törədəcək? Bu fikiri biraz da aça bilərsizmi?

- Yəni Arayik bunu əlində bayraq tutaraq hər kəsi sözügedən mövzuya cəlb etmək istəyir. Düşünürəm ki, Araik sonacan davam edib oradakı insanları acından qırmaq niyyətindədir və hər kəsə elan etmək istəyir ki, guya Azərbaycan onlara qarşı represiya həyata keçirir. Mən heç təəcüblənmərəm ki, o, hətta, orada öz millətinə qarşı silahlı münaqişələr də törədə bilər. Düşünürəm ki, ona qarşı ciddi tədbirlər həyata keçirilməlidir. Çünki orada indi hər kəs Arayikə tabedir və onun sözləri ilə oturub dururlar. 

- Laçın sərhəd-keçid məntəqəsinin niyə görə bağlandığını bilirsiz. Söhbət qanunsuz yüklərdən gedir. Hansı ki, bağlanıb desək də, xəstələr üçün bu yol açıqdır. Sizcə, Azərbaycan yolu bağlamaqda haqlıdırmı?

- Laçın dəhlizinin bağlanması məncə hadisələrin daha da sürətləndirilməsinə gətirib çıxarır. Yəni yol bağlandıqdan sonra sülh istiqamətində aparılan işlər biraz da sürətlənib və daha da ciddi işlər aparılmaqdadır. Azərbaycanın erməni tərəfini Ağdam istiqamətindən təminatla təmin etməsi çox uğurlu bir addımdır. Yəni kimsə Azərbycana qarşı hansısa blokada haqda ittiham irəli sürə bilməz. Azərbaycan tərəfi öz təklifini açıq bəyan edir. Bu, Qarabağa öz təbii imicini qaytarır. Çünki Qarabağ Azərbaycanın tərkib hissəsidir. Buna görə də, Azərbaycan hökuməti özü qərar verməlidir ki, bölgəyə təminatı haradan etsin. 

- Əslində sizin də qeyd etdiyiniz kimi, Xankəndidə yaşayan ermənilərin taleyi bir şəxsə bağlıdır. Söhbət Arayikdən gedir. Bəs nəyə görə insanlar Arayikə qarşı etiraz etmirlər?

- Onun tək elədiyi şey öz millətini acından qırmaqdır. Onun tək istədiyi insanlar arasında ciddi fəsadların baş verməsidir. Bunu başqa cür adlandırmaq olmaz. O sadəcə beynəlxalq aləmdə özünü yazıq biri kimi göstərir. Mən düşünürəm ki, Arayikə qarşı gələcəkdə ittiham irəli sürülərsə, Azərbaycan millətinə qarşı cinayət törətmək maddəsi ilə ittiham da irəli sürülməlidir. Çünki gələcəkdə bəzi ermənilər Qarabağda qalacaq və Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Bu da o deməkdir ki, Arayik Azərbaycan vətəndaşlarına qarşı cinayət törətmiş olur. 
Arayiki gələcəkdə yaxşı heçnə gözləmir. Hazırda görünən odur ki, Arayikə tabe olan bəzi qüvvələr Qarabağda mövcuddur. Həmin qüvvələr Laçın yolunun bağlanmasından istifadə edərək bir sır addımlar atmaq istəyirlər. 

- Rusiya 10 noyabr bəyanatında imzası olan tərəfdir. Lakin Laçın yolu ilə bağlı son açıqlamaları qəribə təsir bağışlayır. Sülh istəyən tərəf necə ola bilər ki, qondarma qurumun olmayan hüquqlarını müdaiə etsin?

- Biz bilirik ki, Rusiya bölgədə bəzi əngəllər törətməkdədir. Buna misal olaraq Əsgəran yaxınlığındakı blok postu misal gətirmək olar. Yəni ki, Ağdam istiqamətindən Qarabağ istiqamətinə heç bir hərəkət olmasın. Moskva, ikili oynayır. Rusiya gah Azərbaycanın tərəfini saxlayır, gah da Ermənistanın. Gerçəklərə gəldikdə isə Rusiya burada ancaq öz maraqları istiqamətindən çıxış edir. 

Mən düşünürəm ki, Rusiyanın regionda maraqları ancaq regionda hegemon kimi qalmaqğa davam etməkdir. Çünki hazırda Rusiya, məncə, Ermənistanın ən vacib maliyyə resurslarından biri sayılır. Əgər Ermənistanın Azərbaycanla arası düzələrsə, deməli onun Türkiyə ilə də əlaqələri yaxşılaşacaq. Bu isə o deməkdir ki, Ermənistan maddi baxımdan güclənəcək. Bunun baş verməsi Rusiyaya sərf etmir. Hazırda Ermənistan bu əlaqələri Rusiya ilə üçüncü ölkə, yəni Gürcüstan vasitəsi ilə qurur.  İqtisadi baxımdan götürsək, Rusiya hazırda sərfəli tərəfdaş sayılmır. 

- Yəni Ermənistan rəhbərliyi Rusiyadan imtina edə bilər?

- Məncə az öncə qeyd etdiyim kimi, gələcəkdə Ermənistan öz ticari əlaqələrini Azərbaycan vasitəsi ilə həyata keçirəcək. Bu zaman isə Rusiya kənarda qalacaq. Həmçinin Rusiya silahlılarına nə Qafqazda, nə Qarabağ ərazisində, nə Ermənistanda ehtiyac olmayacaq. Bu zaman da Rusiya Qafqazdakı hökmünü tamamilə itirmiş olacaq. Bütün bunlara görə Rusiya imkan yaratmayacaq və əngəllər törətməkdə davam edəcək və çalışacaq ki, Ermənistanla Azərbaycan arasındakı sülh müqaviləsinin imzalanması işi biraz da uzansın.

- Cənab Verdyan, müsahibə üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO