Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, nazir Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib ki, Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsi Azərbaycanın milli qanunvericiliyi çərçivəsində həll olunacaq və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsü mövcuddur.
Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.
Daha sonra 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:59 / 17.07.2023
Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına MÜNASİBƏT BİLDİRDİ
Hazırda oxunan: Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına MÜNASİBƏT BİLDİRDİ
Hazırda oxunan: Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına MÜNASİBƏT BİLDİRDİ
146734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.