Azərbaycan XİN başçısı Tacikistan səfirini qəbul edib - FOTO 

Azərbaycan XİN başçısı Tacikistan səfirini qəbul edib - FOTO 

Hazırda oxunan: Azərbaycan XİN başçısı Tacikistan səfirini qəbul edib - FOTO 

145266

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rustam Solini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bilidirilib. 

Nazir Azərbaycan və Tacikistan xalqları və ölkələri arasında mövcud tarixi və mədəni bağlılıqların dərin köklərinin olduğunu, onları çoxəsrlik ənənələrə əsaslanan mehriban dostluq, sıx faydalı əməkdaşlıq və qarşılıqlı fəaliyyət telləri bağladığını bildirib. 
Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə gələcək inkişafına, bu əlaqələrin iki dost xalqın maraqları çərçivəsində bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. 

Səfir Soli diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. 

Nazir Ceyhun Bayramov səfir Rustam Soliyə gələcək fəaliyyətində uğurlar arzu edib. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO