Ceyhun Bayramov: Nazirlər görüşü Azərbaycanın QH-yə sədrliyi dövründə son böyük tədbirdir

Ceyhun Bayramov: Nazirlər görüşü Azərbaycanın QH-yə sədrliyi dövründə son böyük tədbirdir

Hazırda oxunan: Ceyhun Bayramov: Nazirlər görüşü Azərbaycanın QH-yə sədrliyi dövründə son böyük tədbirdir

144951

“Bildiyiniz kimi, iki gün ərzində Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü keçirildi. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz tərəfindən keçirilən son böyük tədbirdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 

O qeyd edib ki, tədbirin hazırlıq mərhələsi uzun müddət bundan əvvəl başlamışdı. Bir neçə gün ərzində 120 ölkəyə aid böyük sənədlər paketlərinin hazırlanması mümkün deyildi. Nyu-Yorkda əlaqələndirici şəxslər, 120 ölkənin nümayəndələri tərəfindən mətn üzərində iki ay iş getmişdi.

Sənədlərin 90 faizindən çoxu həmin müddətdə hazırlandı. Nazirlər iclasından iki gün əvvələdək bu proses davam etdi”, - deyə nazir əlavə edib. 

Ölkəmizin sədrliyi ilə bağlı bütün sənədlər paketinin tam razılaşdırıldığını və Kampala sammiti üçün təqdim olunduğunu diqqətə çatdıran C.Bayramov deyib ki, əsas sənəd 1356 maddədən ibarətdir. Bundan başqa əlavə sənədlər qəbul olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO