İranla normallaşma üçün YEGANƏ YOL - Səfirliyimizə hücum edən terrorçu EDAM EDİLMƏLİDİR

İranla normallaşma üçün YEGANƏ YOL - Səfirliyimizə hücum edən terrorçu EDAM EDİLMƏLİDİR

Hazırda oxunan: İranla normallaşma üçün YEGANƏ YOL - Səfirliyimizə hücum edən terrorçu EDAM EDİLMƏLİDİR

144334

Xəbər verdiyimiz kimi İran Xarici İşlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlib. İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian da Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana gələcək.

Konfransla yanaşı, İran XİN başçısının azərbaycanlı həmkarı Ceyhun Bayramovla da müzakirələr aparacağı gözlənilir.

Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi hələlik tam bəlli olmasa da nazir müavinin gəlişinin səbəbi bəllidir. 
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


Səbəb odur ki, rəsmi Tehran Azərbaycanla pozduğu münasibəti yenidən bərpa etmək, buzları əritmək istəyir. Lakin, pozulmuş münasibətlər, yandırılmış körpülər bir səfərlə bərpa olunası deyil. Çünki, molla-fars rejimi körpüləri təməllərinə qədər yandırıb. Münasibətlərdə yaranmış dərin çatların bərpası üçünsə zaman və İran hakimiyyətinin iradəsi lazımdır.

Molla-fars rejimi harada və nələrdə səhv elədi?

Məlum olduğu kimi molla-fars rejimi bütün zamanlarda Azərbaycana qarşı nəinki səmimi olmayıb, hətta müxtəlif zamanlarda torpaq iddiası ilə çıxış edib. Bu azmış kimi Ermənistanın yanında dayanaraq Azərbaycanın tarixi torpaqlarının 30 il işğal altında qalmasına yardımçı olub. Üstəlik, 30 illik işğal dövründə işğal altında olan torpaqlarımızda erməni vandallığına dəstəkçi olub. 

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarındakı maddi-mənəvi sərvətlərimizin dağıdılmasında və daşınıb aparılmasında molla-fars rejiminin ayrıca payı var. Ən dəhşətlisi isə odur ki, işğal altında olan məscidlərin dağıdılması və Allahın evinin heyvanxanaya çevrilməsi kimi insanlığa yad proseslər molla-fars rejiminin gözü qarşısında və bilavasitə iştirakı ilə baş verib. Özünü islamın dayağı və onurğa sütunu sayan bir ölkənin islam dəyərlərinə bu qədər laqeyid qalması isə xeyli şübhə doğurur. 

İslam dəyərləri rəsmi Tehran üçün sadəcə görüntüdür, siyasi məqsəddir.

Belə olmasa idi İran hakimiyyəti son 30 ildə islam həmrəyliyi nümayiş etdirər, Azərbaycanın haqqlı tərəf olduğunu dilə gətirərdi. Ən başlıcası bir islam dövləti kimi məscidlərin dağıdılmasına və təhqir olunmasına görə etiraz edərdi. Heç olmasa ermənilərə bir xəbərdarlıq notası verərdi. Amma İran son 30 ildə bunların heç birini etmədi. Hər zaman din qardaşının yox, “kafirlər”in yanında yer alan molla-fars rejimi 44 günlük müharibədə və ondan sonra əsl xislətini üzə çıxartdı. 

İkinci Qarabağ savaşında rəsmi İran bütün vasitələrə ermənilərə dəstək verdi. Hətta “kafir” Gürcüstan 44 gün ərazisində özünün hava məkanını Ermənistan üçün bağlayanda İran öz hava və yerüstü nəqliyyat məkanlarını ermənilərə açdı. Rusiyanin Ermənistana hərbi yardımı 44 gün ərzində ancaq İran üzərindən daşındı.

Ona görə ki, İran hakimiyyəti Azərbaycan ərazi bütövlüyünü bərpa olunmasını və xalqımızın qələbəsini istəmirdi. Çünki, molla-fars rejiminin xəstə təxayülündə güclü və müstəqil Azərbaycan qəbuledilməzdir. Bunun səbəbləri isə ayrı yazının mövzusudur. 

İran bölgədə sülh olmasını istəmir

44 günlük müharibənin yekununda Ermənistanla Azərbaycan arasında imzalanan 10 noyabr Bəyanatına qarşı çıxan yeganə dövlət İran oldu. Hazırda molla-fars rejimi 10 noyabr Bəyanatında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində Ermənistana birbaşa əngəldir. Və özünün pis niyyətini rəsmi Tehran heç gizlətmir də. 

Molla-fars rejimi deyir ki, “Zəngəzur dəhlizi İran üçün qırmız xəttdir”. Bununla da İran dövləti bütün dünyaya göstərir ki, regionda davamlı sülhün olmasında və kommunikasiyaların bərpasında qəti maraqlı deyil. 

İran getdikcə radikallaşır

Rəsmi Tehranın Azərbaycana qarşı təxribatçı hərəkətləri və məsuliyyətsiz bəyanatları  bitmək bilmir. Azərbaycanın qüdrətlənməsi və regionda gücə çevrilməsini qəbullanmayan molla-fars rejimi radikal addımlar atmaqdan belə çəkinmədi. 2023-cü ilin 27 yanvar tarixdə İranın xüsusi xidmət orqanlarının təlimatı ilə ölkəmizin Tehrandakı səfirliyinə silahlı basqın oldu. Azərbaycanın ərazisi sayılan səfirlikdə 1 nəfər qətlə yetirildi, 2 nəfər ağır yaralandı. 

Rəsmi Tehran Azərbaycan ərazisində törədilmiş terror hadisəsinin iştirakçısını ölkəmizə təhvil verməkdən birmənalı şəkildə imtina etdi. Üstəlik cinayətkarı məsuliyyətdən yayındırmaq üçün müxtəlif siyasi şoular təşkil edildi. Sonda isə nə İran qanunvericiliyinə uyğun olaraq terrorçu edam edildi, nə də Azərbaycan ərazisi sayılan səfirliyimizdə cinayət törədən cani ölkəmizə təhvil verildi.

Bu azmış kimi mayın 28-də partiya sədri, Millət vəkili Fazil Mustafa evinin qarşısında İran xüsusi xidmət orqanlarının təlimatları əsasında güllələndi.

Üstəlik, molla-fars rejimi Azərbaycanda konstitusion dövlət quruluşunu dəyişdirmək istiqamətində də məkrli planlarından əl çəkmədi. İranda xüsusi təlim görmüş və böyük maddi dəstək almış adamlar Azərbaycan göndərilərək burdakı siyasi sabitliyi pozmaq üçün bütün gücləri ilə hərəkətə keçdi. 

Azərbaycanın xüsusi xidmət orqanlarının yüksək peşəkarlığı ilə bu cəhdlərin qarşısı qətiyyətlə alındı. Baxmayaraq ki, bu cür təxribatçı hərəkətlər İran tərəfindən ölkəmizə qarşı bu gün də davam etdirilir.

Bu qədər iyrəncliklərin fonunda molla-fars rejiminin dost olmaq niyyəti heç də inandırıcı deyil. Ən yaxşı haldı aldığı ağır zərbələr qarşısında rəsmi Tehran bir qədər geri çəkildiyi təəssüratı yaranır. 

Ona görə də İran Xarici İşlər nazirinin müavini Reza Nəcəfinin Azərbaycana səfəri o qədər də perspektiv vəd etmir. Bu ən yaxşı halda münasibətlərin normallaşmasına bir cəhd kimi dəyərləndirilə bilər. Azərbaycan-İran münasibətlərinin  normallaşması üçünsə rəsmi Tehran ilk növbədə ziyanlı iddialarından əl çəkməli, Azərbaycana qarşı səmimi olmalı və düşmən dəyirmanına su tökməkdən çəkinməlidir. İranın bunu edəcəyinə isə ümid çox azdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO