İyunun 26-da ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Qurum Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bazar günü Vaşinqtona işgüzar səfərə yola düşdüyünü yazıb.
Mənbə qeyd edir ki, iyunun 26-da ABŞ paytaxtında Mirzoyanla azərbaycanlı həmkarı arasında iki ölkə arasında münasibətlərin nizamlanmasına dair saziş üzrə müzakirələrin növbəti raundu başlayacaq.
Xarici işlər nazirləri arasında danışıqlar iyunun 12-də baş tutmalı idi, lakin Azərbaycan tərəfinin xahişi ilə təxirə salınmışdı. Mirzoyanla Bayramov sonuncu dəfə mayın 19-da Moskvada görüşüblər.
Bizim.Media