Azərbaycan Asiya Parlament Assambleyasında iştirak etdi - FOTO

Azərbaycan Asiya Parlament Assambleyasında iştirak etdi - FOTO

Hazırda oxunan: Azərbaycan Asiya Parlament Assambleyasında iştirak etdi - FOTO

14229

Martın 9-da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova  bildirib ki, qadınların peşə hazırlığına, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübələr əldə etməsinə böyük əhəmiyyət verilən Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri təsis edilib.

Ailə Biznesinə Dəstək Mərkəzləri (ABAD) kimi işgüzar şəbəkələr həm də qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Komitə sədri bildirib ki, Azərbaycanda  qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Hicran Hüseynova diqqətə çatdırıb ki, bu gün dünya COVİD-19 pandemiyası ilə üz-üzədir və insanlar üçün yeni çətinliklər yaranmaqdadır.

Belə bir şəraitdə Azərbaycan öz modelini təqdim edib. Dövlət tərəfindən məşğulluğa  və sosial rifaha dəstək  məqsədilə 4 istiqamət üzrə 10 tədbir planı həyata keçirilir. 

Sonra çıxışlarla davam edən tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, keçirilən konfransın ailə iqtisadiyyatında qadın iştirakçılığının artırılmasına mühüm töhfə verəcəyinə inam ifadə olunub.

Bununla da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO