Hikmət Hacıyevdən Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı PAYLAŞIM - FOTO

Hikmət Hacıyevdən Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı PAYLAŞIM - FOTO

Hazırda oxunan: Hikmət Hacıyevdən Zülfüqar Hüseynzadənin ölümü ilə bağlı PAYLAŞIM - FOTO

142038

Xəbər verdiyimiz kimi, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu gün səhər Kəlbəcərdə, doğma Başlıbel kəndində ürəktutmadan vəfat edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində bununla bağlı tvit yazıb.

“Allah rəhmət eləsin! Vətənini və dövlətini sevən vətəndaş və jurnalist idi. Azərbaycan jurnalistikası üçün böyük itkidir. Doğulduğu və boya-başa çatdığı, 30 il həsrətində olduğu Kəlbəcəri xüsusi yanğı və məhəbbətlə sevirdi. Son mənzili də Kəlbəcər oldu”, deyə o, qeyd edib. 
Xatırladaq ki, Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO