Laçın buraxılış məntəqəsindən avtomobillərin keçidi dayandırıldı

Laçın buraxılış məntəqəsindən avtomobillərin keçidi dayandırıldı

Hazırda oxunan: Laçın buraxılış məntəqəsindən avtomobillərin keçidi dayandırıldı

141613

Hazırda Laçın sərhəd-buraxılış məntəqəsindən avtomobillərin keçidi dayandırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Caliber Telegram kanalı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər "Laçın" buraxılış məntəqəsini atəşə tutdu - Sərhədçimiz yaralandı


Mənbə yazır ki, baş verənlərlə (hərbçimizin yaralanması) bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər yol bağlı qalacaq.

Xatırladaq ki, sərhədçilərimiz Ermənistanda yerləşən postdan atəşə tutulub. Bunun kim tərəfindən edildiyini isə Ermənistan xüsusi xidmət orqanları araşdırmalıdır. Ermənistan dövləti də bu məsuliyyəti öz üzərindən ata bilməz.

Qeyd edək ki, bir sıra Rusiya KİV-lərində yazılıb ki, guya ABŞ Qarabağda yaşayan etnik ermənilərdən rəsmi Bakı ilə üçüncü ölkədə danışıqlar aparmağı tələb edib, əks halda Azərbaycan Silahlı Qüvvələrinin  xüsusi əməliyyat həyata keçirəcəyini bildirib.

Bu xəbəri yayanlar və ümumiyyətlə hər kəs bilməlidir ki, Azərbaycan üçüncü ölkədə Qarabağ separatçıları ilə danışıqlar aparmayacaq və erməni rəsmilərinin, xüsusilə Nikol Paşinyanın dediyi kimi, bu prosesdə beynəlxalq nəzarət mexanizmləri də olmayacaq. 
Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərə də daxil olmaqla, bütün Qarabağ Azərbaycanın suveren ərazisidir və bu, heç bir dövlətlə müzakirə mövzusu ola bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO