Pakistanın Baş naziri sabah Azərbaycana rəsmi səfərə GƏLƏCƏK 

Pakistanın Baş naziri sabah Azərbaycana rəsmi səfərə GƏLƏCƏK 

Hazırda oxunan: Pakistanın Baş naziri sabah Azərbaycana rəsmi səfərə GƏLƏCƏK 

141297

Pakistanın Baş naziri Şahbaz Şərif sabah Azərbaycana səfərə gələcək. Pakistanın Baş naziri Şahbaz Şərif iyunun 14-dən 15-dək Azərbaycanda rəsmi səfərdə olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir. 

Səfər zamanı Pakistanın Baş naziri ticarət, investisiya və enerji sahələri daxil olmaqla, Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini müzakirə edəcək. Qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq müzakirə olunacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO