Almaniya Federativ Respublikasının Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 58-ci sessiyası çərçivəsində ikitərəfli görüşlər davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Səhralaşmaya qarşı mübarizə konvensiyasının baş katibi İbrahim Tiav və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Konvensiyanın Tərəflər Konfransında iqlim üzrə danışıqların aparılması üzrə məsul şəxs Hanna Alhaşimi ilə görüşüb.
Görüşlər zamanı iqlim dəyişmələri gündəliyi və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
07:29 / 10.06.2023
İqlim dəyişmələri üzrə birgə fəaliyyət istiqamətləri müzakirə edilib
Hazırda oxunan: İqlim dəyişmələri üzrə birgə fəaliyyət istiqamətləri müzakirə edilib
Hazırda oxunan: İqlim dəyişmələri üzrə birgə fəaliyyət istiqamətləri müzakirə edilib
140695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.