Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Putinlə görüşündə iştirak edib

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Putinlə görüşündə iştirak edib

Hazırda oxunan: Əli Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinin Putinlə görüşündə iştirak edib

140662

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib. 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb. 

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. 

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO