3 ay müddətində YAP-ın yeni fəaliyyət proqramı hazırlanacaq - İdarə Heyətinin üzvü

3 ay müddətində YAP-ın yeni fəaliyyət proqramı hazırlanacaq - İdarə Heyətinin üzvü

Hazırda oxunan: 3 ay müddətində YAP-ın yeni fəaliyyət proqramı hazırlanacaq - İdarə Heyətinin üzvü

13990

"Ölkənin gələcək fəaliyyət strategiyasında Yeni Azərbaycan Partiyasının xüsusi, mərkəzi rolu vardır. Nəzərə almaq lazımdır ki, zaman keçir, dunyada müxtəlif istiqamətli dəyişikliklər gedir. Təbii ki, YAP da bu dəyişikliklərə uyğunlaşmalıdır. Bu baxımdan, ölkə Prezidenti 3 ay müddətində YAP-ın fəaliyyət proqramının hazırlanmasını tapşırdı".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu dilə gətirdi.
 

MÖVZU İLƏ BAĞLI:

“YAP qurultayında qəbul olunan qərarlar çox düşündürücüdür” – Müxalif partiyanın rəhbəri


YAP üzvü olan deputat partiyanın başlıca məqsədini açqladı:

"Başlıca məqsəd ondan ibarətdir ki, yeni dövrün tələblərinə uyğun elementlərlə zənginləşdirilən fəaliyyət proqramı üzrə hərəkət olunsun. Yeni reallıqlar fonunda Azərbaycanın bundan sonrakı inkişafına töhfələr verilsin.

Biz uğurlarımızı qiymətləndirməsək sabaha baxa bilmərik. YAP iqtidarının misilsiz nailiyyətləri mövcuddur.

Partiyanın VII qurultayını qalib dövlət olaraq keçirtdik. Cənab Prezident çıxışında bu məqamlara çox detallı şəkildə toxundu".

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO