“Xalq 2003-cü ildə Heydər Əliyev siyasətinə səs vermiş, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. O, əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq.”
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında son 17 ildə qazanılan uğurlardan danışarkən söyləyib.
“Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər.
Çünki bu, ölkəmizin əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrü idi. Bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var.
Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub da bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməli, zamanı qabaqlamalıyıq”.
Prezident vurğulayıb ki, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.
“Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”, - deyə dövlətimizin başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:48 / 05.03.2021
“Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik” - Prezident
Hazırda oxunan: “Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik” - Prezident
Hazırda oxunan: “Biz XXI əsrdə 1990-cı illərin tələbləri ilə yaşaya bilmərik” - Prezident
13885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.