ICESCO-nun Baş direktoru İlham Əliyevə məktub ünvanlayıb

Hazırda oxunan: ICESCO-nun Baş direktoru İlham Əliyevə məktub ünvanlayıb

138348

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir: 

“Zati-aliləri. 

28 May – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Zati-alinizə və xalqınıza salamlarını və təbriklərini çatdırmaqdan şərəf və fəxarət hissi duyur. 
ICESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazır olduğuna sadiqliyini bildirir. Biz bu əlamətdar günü Sizinlə və bütün xalqınızla birlikdə qeyd edirik. 

Hazırda və gələcək illərdə ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz. 

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO