Baş nazir Nikol Paşinyanın mətbuat konfransının leytmotivi Ermənistan hakimiyyətinin danışıqlar prosesində mövqelərini itirməsinin, daha doğru desək, uğursuzluğunun növbəti etirafı idi. Üstəlik, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla biz Qarabağın siyasi və ya inzibati-ərazi subyektivliyi baxımından heç bir təminat almırıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri politoloq Suren Surenyants "Sputnik Ermənistan"a müsahibəsində deyib.
"Bu, onu göstərir ki, Ermənistan müharibədən sonrakı dövrdə Azərbaycana güzəştə getməkdən başqa heç nə etməyib. Mən bunun bilərəkdən edildiyini deyə bilmərəm. Bu, sadəcə, erməni gündəliyinin olmamasının nəticəsidir", - Surenyants qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan 86,6 min km ərazinin tanınmasına nail olub, Qərb diplomatiyasında maksimum nəticə əldə edib, Ermənistan isə Qarabağın muxtariyyətinin təmin edilməsi məsələsində uğursuzluğa düçar olub.
Politoloqun fikrincə, İrəvan bu mövzuda yalnız “beynəlxalq mexanizmlər”dən, beynəlxalq müşahidəçilərdən danışır.
"Hazırda Bakı faktiki olaraq Qarabağı Azərbaycana inteqrasiya edir və heç bir beynəlxalq aktor buna qarşı çıxmır. Onda hansı "beynəlxalq mexanizmlər"dən danışa bilərik. Bu, göz qabağındadır", - Sputnik Ermənistanın həmsöhbəti belə deyib.
O vurğulayır ki, indi Bakı bütün siyasi mərkəzlərlə səmərəli çalışaraq Moskvada nəqliyyat məsələlərini həll etməyə çalışır:
"Mayın 25-də Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı) Ali İqtisadi Şurasının iclası çərçivəsində İlham Əliyev-Paşinyan görüşü bu mövzuda olacaq".
Ekspert deyir ki, İlham Əliyev Aİİ ilə hər hansı bir sənəd imzalasa, Ermənistan ərazisi ilə sadələşdirilmiş rejimdə gediş-gəliş əldə edəcək:
"Səriştəsiz erməni diplomatiyası fonunda Azərbaycan zamanla öz gündəliyini həyata keçirə bilib. Müharibədən sonrakı 2,5 illik danışıqlardan sonra biz görürük ki, artıq Qarabağın subyektivliyindən söhbət gedə bilməz. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təbirincə desək, sphbət yalnız etnik ermənilərin təhlükəsizliyindən gedir.
Ümumiyyətlə, erməni diplomatiyası bütün danışıqlar platformalarında - Vaşinqtonda, Moskvada, Brüsseldə öz mövqelərini itirir. Biz isə istər Ermənistanın təhlükəsizliyi, istərsə də Qarabağın subyektivliyi baxımından daim təslim oluruq. Və bu məntiqdən çıxış edərək sülh sənədinə də qol çəkəcəyik".
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometr olduğunu bəyan edib. Bura həm Qarabağ, həm də işğal edilən anklavlar daxildir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:06 / 23.05.2023
Azərbaycanın Qərb diplomatiyasında MAKSİMUM QƏLƏBƏSİ
Hazırda oxunan: Azərbaycanın Qərb diplomatiyasında MAKSİMUM QƏLƏBƏSİ
Hazırda oxunan: Azərbaycanın Qərb diplomatiyasında MAKSİMUM QƏLƏBƏSİ
137447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.