Ceyhun Bayramov-Sergey Lavrov görüşü başa çatıb - YENİLƏNİB/VİDEO

Ceyhun Bayramov-Sergey Lavrov görüşü başa çatıb - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Ceyhun Bayramov-Sergey Lavrov görüşü başa çatıb - YENİLƏNİB/VİDEO

136822

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov Ceyhun Bayramov görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşləri keçiriləcək.

Görüşlərdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunacaq.


*** 12:11

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başlayıb. 

Bizim.Media xəbər verir ki, görüş Rusiya XİN-nin Qəbullar evində keçirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO