Avakovla Saakaşvilinin arasında olan davanın PƏRDƏARXASI SƏBƏBLƏRİ - VİDEO

Avakovla Saakaşvilinin arasında olan davanın PƏRDƏARXASI SƏBƏBLƏRİ - VİDEO

Hazırda oxunan: Avakovla Saakaşvilinin arasında olan davanın PƏRDƏARXASI SƏBƏBLƏRİ - VİDEO

13638

Ukraynanın Daxili İşlər naziri, Bakıda doğulmuş erməni əsilli Arsen Avakov Mixeil Saakaşvili ilə aralarında yaşanan mübahisənin əsas səbəbkarının adını açıqlayıb.

Bizim.Media xəbər verir ki, erməni əsilli nazir bu barədə ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanda Saakaşvilinin ofisinə hücum edildi - VİDEO


Jurnalistin “Saakaşvili ilə necə, barışmısınız?” sualına Avakov “Bəli, belə demək olar”, - deyə cavablayıb.

Daha sonra o, Saakaşvili ilə bu barədə uzun-uzadı müzakirələr apardığını bildirib.

“Biz bu vəziyyət barədə onunla bir neçə dəfə müzakirə etmişik. Nədənsə bütün söhbətlərimizdə məsələ gəlib Poroşenkonun üstünə çıxır”. 

Avakov bu sözlərlə Saakaşvili ilə arasında olan anlaşılmazlığın günahkarı kimi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu günahlandırıb.

Onun sözlərinə görə Poroşenko iki siyasətçinin arasının qəsdən vuraraq, cəmiyyətdə onları iki düşmən kimi qələmə verməyə çalışıb. Lakin sonradan onlar məsələlər haqqında müzakirə apararaq, aralarında anlaşılmazlığı çözüblər.

Xatırladaq ki, Saakaşvili məhz Poroşenkonun təklifi ilə 2014-2015 – ci illərdə Odessa vilayətinin qubernatoru olan zaman Ukrayna Milli İslahatlar Şurasının 2015-ci ilin dekabr iclasında Avakovla arasında qalmaqal baş vermişdi.

Saakaşvili açıq şəkildə Avakovu korrupsiyada ittiham etmişdi. Erməni Avakov isə buna cavab olaraq su ilə dolu stəkanı Saakaşviliyə atmışdı. 

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO