Baş nazir Misir parlamentinin Nümayəndələr Palatasının sədrini QƏBUL EDİB 

Baş nazir Misir parlamentinin Nümayəndələr Palatasının sədrini QƏBUL EDİB 

Hazırda oxunan: Baş nazir Misir parlamentinin Nümayəndələr Palatasının sədrini QƏBUL EDİB 

136330

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanafi Gibali ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetindən bildirilib. 

Görüşdə Bakıda keçirilən Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında Misirin yüksək səviyyəli nümayəndə heyətinin iştirak etməsindən məmnunluq ifadə edilib. 

Azərbaycanla Misir arasında əlaqələrin hazırkı inkişaf səviyyəsi yüksək qiymətləndirilib. 

Misir Ərəb Respublikası prezidentinin cari ilin yanvar ayında ölkəmizə baş tutmuş səfəri xatırlanaraq iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının mühüm rolu vurğulanıb. 
Görüşdə, həmçinin Azərbaycan-Misir qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi perspektivləri müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO