Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Ketrin Kolonna

Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Ketrin Kolonna

Hazırda oxunan: Fransa Azərbaycanın təklif etdiyi sülh müqaviləsini alqışlayır - Ketrin Kolonna

133086

“Biz minalardan təmizləmə məsələlərinə dəstəyimizi veririk. Bilirik ki, bu sizin ölkənizin qarşısında bir çağırışdır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə bu gün keçirilən mətbuat konfransında deyib. 

Nazir bildirib ki, Fransa minalardan təmizləmə ilə bağlı Azərbaycana dəstək göstərib. 

"Görüləcək işlər çoxdur. danışıqlar sabit sülhə aparan yeganə yoldur. Biz istərdik ki, hər iki ölkə bu yolda getsin. Regionda sülh üçün şərait var. Azərbaycan sülh müqaviləsi təklif etdi və biz bunu alqışladıq.

Bununla bağlı planlar müştərək hazırlanmalıdır. Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü tanısınlar. Sülh sazişinə nail olmaq lazımdır. Biz bu səyləri bütün mümkün variantlarda dəstəkləyəcəyik", - K.Kolonna deyib. 
Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonna Azərbaycanda səfərdədir. Fransalı nazir bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO