Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi

Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi

Hazırda oxunan: Putin Təhlükəsizlik Şurasının iclasında Qarabağı müzakirə etdi

13185

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

"Bu gün biz Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması haqqında vəziyyəti müzakirə edəcəyik. Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyinin, sərhədçilərin necə işlədiyi və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın gedişatı barədə qiymətləndirmələrinizi dinləmək istərdim” deyərək dövlət başçısı iclas iştirakçılarına gündəliyi elan edib.

Qeyd edək ki, 2020-ci il sentyabr ayının 27-də Dağlıq Qarabağda müharibə yenidən başlayıb və bu, uzunmüddətli münaqişənin davamı olub. 

Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşma müharibəyə son qoyub. 

Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.

Rəsmi İrəvan Kəlbəcər, Laçın və Ağdam rayonlarını Bakıya təhvil verib. Bundan əlavə, bölgəyə rus sülhməramlıları yerləşdirilib.

Yanvarın 11-də Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasındakı danışıqlardan sonra Rusiya prezidenti üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi bir işçi qrupu yaradıldığını elan edib. İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO