Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşmasına normal baxırıq - Prezident 

Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşmasına normal baxırıq - Prezident 

Hazırda oxunan: Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşmasına normal baxırıq - Prezident 

13180

“Türkiyə dövlətinə bütün dəstəyə görə təşəkkür edirik. Ermənistanla sərhədlərini bağlı saxlaması qardaşlığın təzahürü idi”

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyevin suallardan birinə cavabında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər hələ də bilmirlər biz Şuşaya necə daxil olmuşuq” – İlham Əliyev  


Ermənistanda anti-türk təbliğatından danışan ölkə başçısı bildirdi ki, ermənilər Azərbaycan və Türkiyəni düşmən sayır.

“Müharibədən əvvəl Ermənistan baş naziri Türkiyəyə ərazi iddiası sərgiləyirdi. Onlar bundan əl çəkməlidirlər. Dırnaqarası soyqırımı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağlını başına yığmalıdırlar”

Türkiyə Ermənistanla sərhədləri açarsa, Azərbaycanın buna reaksiyası necə olar sualına Prezident bildirib ki, “Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşmasına normal baxırıq.

Sərhədlərin açılmasına Ankara qərar verəcək. 

Azərbaycandan buna mənfi reaksiya olmayacaq. Biz indi Ermənistan-Azərbaycan sərhədinin açılması, Zənəzur koridorundan danışırıq”deyən ölkə başçısı Türkiyənin Ermənistanla sərhəd açmasının normal qarşılanacağını dilə gətirib. 

Prezident İham Əliyev sonda vurğulayıb ki, Azərbaycan qardaş ölkə Türkiyəyə faydalı olacaq istənilər qərara sevinir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO