Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə beynəlxalq müdafiə və təhlükəsizlik sənayesi məhsullarının sərgisi keçirilir.
Bizim.Media xəbər verir ki, sosial şəbəklərdə elə ermənilərin özlərinin yaydığı fotolarda Ermənistan pavilyonunun boş olması diqqət çəkib və səs-küyə səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO
Ermənistanı sərgidə ölkənin Yüksək Texnologiyalar Sənayesi naziri Akop Arşakyan təmsil edir.
Sosial mediada yayılan fotoya isə Ermənistan Müdafiə Nazirliyi münasibət bildirib.
İrəvandan “fəxr”lə bildirilib ki, sözügedən sərgidə ölkəni 14 şirkət təmsil edir və 48 min ABŞ dolları həcmində avadanlıq nümayiş olunub.
Ermənistanın Müdafiə Nazirliyi pavilyonun boş qalmasını logistik problemlərlə əlaqələndirib.
“Silahlarımız Əbu-Dabiyə gəlib, çatmayıb, yolda itib”, deyə izahat verib.
Vəziyyətdən bu cür çıxmaq istəyən nazirlik “hazırda xidməti araşdırma aparılır, araşdırırıq” - deyib.
Anar Rəhimov, Bizim.Media