XİN rəsmisi ABŞ-ın Ermənistandakı səfirinə CAVAB VERDİ

XİN rəsmisi ABŞ-ın Ermənistandakı səfirinə CAVAB VERDİ

Hazırda oxunan: XİN rəsmisi ABŞ-ın Ermənistandakı səfirinə CAVAB VERDİ

124841

“Laçın yolu qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb”.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitterdə ABŞ-ın Ermənistandakı səfirinə cavabında bildirib. 

Ayxan Hacızadə Azərbaycanın yolda maneəsiz hərəkətin təmin edilməsi məqsədilə əlindən gələn bütün tədbirləri gördüyünü qeyd edib.

“Laçın yolu normal nəqliyyat üçün hər zaman açıq olub və qanunsuz hərbi və iqtisadi məqsədlər üçün nəzərdə tutulmayıb. Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. Şəffaflıq və təhlükəsizlik üçün Azərbaycan və Ermənistan arasında sərhəd nəzarət məntəqəsinin olması mütləqdir”, - deyə o, bildirib.
Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO