“Ekofəalların Laçın yolunda aksiyası Ermənistan tərəfinin onun istifadəsini kobud şəkildə pozması ilə bağlıdır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu gün keçirdiyi mətbuat konfransında deyib.
Qeyd edək ki, azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 79 gündür davam edir.
Bizim.Media