Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək - YENİLƏNİB

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək - YENİLƏNİB

Hazırda oxunan: Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Bakıda görüşəcək - YENİLƏNİB

12058

Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

***

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gürcü nazir fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək.

Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO