Milli Məclisdə aparılan kadr islahatları təsdiqləndi - RƏSMİ CAVAB - FOTO

Milli Məclisdə aparılan kadr islahatları təsdiqləndi - RƏSMİ CAVAB - FOTO

Hazırda oxunan: Milli Məclisdə aparılan kadr islahatları təsdiqləndi - RƏSMİ CAVAB - FOTO

11918

Bu gün spiker Sahibə Qafarovanın əmri ilə Milli Məclis sədrinin köməkçisi Fərid Hacıyev vəzifəsindən azad edilərək Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri, Mehdi Qurbanov isə Milli Məclis Aparatında yeni yaradılan Sosial qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə Ceyhun Əli işdən çıxarıldı - Yeni mətbuat katibi təyin olundu


Bizim.Media xəbər verir ki, bu faktı Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri Mehman Qayıbov təsdiq edərək onların aparatda uzun müddətdir çalışdıqlarını və təcrübəli kadrlar olduğunu deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli işdən çıxarılıb.

Onun yerinə bu qurumda çalışan Mehman Qayıbov gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO