Azərbaycanın İtaliyadakı səfiri: İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır

Azərbaycanın İtaliyadakı səfiri: İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır

Hazırda oxunan: Azərbaycanın İtaliyadakı səfiri: İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır

1186

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və ölkəmizin atdığı addımlar, Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən İtaliyadan gözləntiləri barədə səfir Məmməd Əhmədzadə İtaliyanın “Sputnik Italia” və “First Online” xəbər portallarına müsahibələr verib.

Bizim.Media xəbər verir ki, müsahibələr “Azərbaycanın İtaliyadakı səfiri: "Biz ədalət istəyirik” “İtaliya Ermənistanı dayandırmaq üçün fəal olmalıdır” başlıqları ilə dərc olunub.

Səfir müsahibələrdə Ermənistanın otuz ildən artıqdır ki, ölkəmizin iyirmi faiz ərazisini işğal edərək həmin yerlərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyini bildirib.

Diqqətə çatdırıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri həm cəbhə xəttində Azərbaycan ordusunun mövqelərini, həm də yaşayış məntəqələrini ağır artilleriya silahları ilə atəşə tutub, bu müddət ərzində əldə olunmuş humanitar atəşkəs barədə razılığa əməl etməyib, cəbhə xəttindən uzaqda yerləşən ərazilərimizə, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə raket zərbələri endirib.

"Ermənistanın məqsədi ölkəmizin ərazilərinin işğalını davam etdirməklə yanaşı, yeni torpaqlar əldə etməkdir. Azərbaycan isə ədalət istəyir, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə hörmətlə yanaşılımasını tələb edir. Azərbaycan Ordusu ölkəmizin suveren ərazisində işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanı sülhə məcbur etmək üçün vuruşur".


M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji infrastruktur obyektlərini hədəfə aldığını və Azərbaycanın geostrateji ərazilərinin mərkəzindəki neft-qaz kəmərlərinə ziyan vurulacağı təqdirdə bunun İtaliyanın da iqtisadi maraqlarına zərbə vura biləcəyini deyib, bu xüsusda İtaliyanın Ermənistanı sülhə məcbur etmək üçün daha fəal rol olmasının vacibliyini bildirib.

“Beynəlxalq ictimaiyyətdən nə tələb edirsiniz?” sualına cavab olaraq, M.Əhmədzadə Azərbaycanın beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü açıq şəkildə qınamağı və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən təcili, tam və qeyd-şərtsiz çıxarılması üçün Ermənistana təzyiq göstərməyi tələb etdiyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO