İranın Bakıdakı səfirliyinin mühafizəsi GÜCLƏNDİRİLDİ - FOTO

İranın Bakıdakı səfirliyinin mühafizəsi GÜCLƏNDİRİLDİ - FOTO

Hazırda oxunan: İranın Bakıdakı səfirliyinin mühafizəsi GÜCLƏNDİRİLDİ - FOTO

117169

İranın Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

Ərazidə çəkiliş edən Bizim.Media-nın əməkdaşları buna şahid olublar. 

Əməkdaşlarımızın müşahidəsinə görə hazırda səfirliyin qapıları bağlıdır, içəridəki işıqlar söndürülüb və fəaliyyət dayanıb. Həmçinin, İran səfirliyinin qarşısına əlavə polislər cəlb edilib.

Səfirliyin qarşısında dayanmaq istəyənlər ərazidən uzaqlaşdırılır. 

Qeyd edək ki, Azərbaycanın İrandakı səfirliyinə hücumdan 1 gün keçir. Azərbaycan səfirliyə hücumu "terror" kimi qiymətləndirib.  Qanlı hadisə ilə bağlı isə Dövlət Təhlükəsizlik Xidmətində cinayət işi açılıb. 

Alçina Amilqızı, Əfqan Pənahoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO