İlham Əliyev: Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir

İlham Əliyev: Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir

Hazırda oxunan: İlham Əliyev: Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir

115485

“Sizə səmimi deyə bilərəm ki, dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Çinin “CGTN” telekanalına müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Çinin televiziya kanalına MÜSAHİBƏ VERDİ - FOTO 


“Siz (Çin-red.) bunu qlobal miqyasda edirsiniz. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Baxın, Çin dünyada ən çox uğur qazanmış ölkələrdəndir və dünyanın aparıcı iqtisadiyyatlarındandır. Siz buna öz əməyiniz, xalqınızın və ölkə rəhbərliyinin müdrikliyi və nəticəyönümlü səyləriniz sayəsində nail olmusunuz”, - deyə dövlətimizin başçısı qeyd edib. 

İlham Əliyev bildirib ki, Çin iqtisadiyyatı təkcə ölkənizlə məhdudlaşmır:

“Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır. Bu, bir məsuliyyətdir və hökumətiniz bu qlobal məsuliyyəti dərk edir”. 

Çinin iqtisadi inkişafa və islahatlara sadiqliyini, dünyaya daha da açıq olmasına dair sarsılmaz əzmini qiymətləndirən dövlətimizin başçısı deyib:

“Ölkənizin yüksəkrütbəli rəsmisi Davosda belə bəyanatla çıxış edirsə, bu, dünya iqtisadiyyatı, bütün ölkələr, o cümlədən bizim ölkə üçün də çox yaxşı siqnaldır. Azərbaycan kimi ölkə üçün Çində iqtisadi artım olduqca vacibdir”. 

Azərbaycan Prezidenti qeyd edib ki, Çin onilliklər ərzində müəyyən edilmiş hədəflərə müntəzəm surətdə nail olub, onun iqtisadi göstəriciləri qlobal iqtisadiyyata və bir çox ölkələrə ciddi dərəcədə təsir edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO