Azərbaycan İsraildə səfirliyin açılışına hazırlaşır - RƏSMİ

Azərbaycan İsraildə səfirliyin açılışına hazırlaşır - RƏSMİ

Hazırda oxunan: Azərbaycan İsraildə səfirliyin açılışına hazırlaşır - RƏSMİ

112234

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İsrailə rəsmi səfərə gəlib.

Bizim.Media “vesty.co.il” saytına istinadən xəbər verir ki, yüksək rütbəli diplomatın danışıqlarında Azərbaycan səfirliyinin açılmasına əməli hazırlıq müzakirə olunacaq.

Fariz Rzayevin sözlərinə görə, “iki ölkə arasında münasibətlərdə diplomatik nümayəndəliyin açılması ilə demək olar ki, sonsuz imkanlar açılacaq”.

Qeyd edək ki, İsraildə səfirliyin açılması ilə bağlı qərarı 2022-ci ilin noyabrında Azərbaycan parlamenti qəbul edib, daha sonra isə müvafiq sərəncamı prezident İlham Əliyev imzalayıb.

Bu addım ölkələr arasında diplomatik münasibətlərin səviyyəsini yüksəltmək və bu əlaqələrin ictimailəşdirilməsi üçündür. Səfirliyin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqəni genişləndirəcək, iqtisadiyyat, turizm, mədəniyyət, elmi tədqiqatlar və bir çox digər sahələrdə əməkdaşlıq üçün yeni kanallar açacaq.
 

Fariz Rzayev qeyd edib ki, “iki ölkənin birliyi əsl möcüzədir, çünki o, təkcə ortaq maraqlara deyil, həm də min ildən artıq yan-yana yaşayan iki xalqın ortaq tarixinə əsaslanır”. Söhbət dağ yəhudiləri ilə Qafqaz müsəlmanları arasında dostluq və mehriban qonşuluq münasibətlərindən gedir.

Azərbaycanın yəhudi icması bu gün respublikanın həyatında mühüm yer tutur. Müsəlman dünyasının ən böyük yəhudi icmalarından biri hesab olunur, din azadlığına malikdirlər və təhlükəsiz şəraitdə yaşayırlar.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisinin İsrailə səfəri proqramına səfirliyin yerləşdirilməsi üçün mümkün obyektlərin yoxlanılması, "Mossad"ın keçmiş rəhbəri, Azərbaycanda böyük nüfuza malik Tamir Pardo ilə görüş daxildir. 

Bundan başqa, Fariz Rzayev İsrail Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlər keçirəcək. Lakin bu səfərin qeyri-rəsmi hissəsi də var. Fariz Rzayev vətənə qayıdan və İsraildə yaşayan məktəb müəlliminə baş çəkmək niyyətindədir.

Xatırladaq ki, ölkələr arasında diplomatik əlaqələr 1992-ci il aprelin 7-də qurulub. İsrailin Bakıdakı səfirliyi 1993-cü ilin avqustunda açılıb, lakin Azərbaycan müxtəlif səbəblərdən belə bir addımdan çəkinib.

İlk dəfə İsrailin baş naziri Bakıya 1998-ci ildə səfər edib. Məhz Benyamin Netanyahu Heydər Əliyevlə danışıqlara gəlmişdi.

2009-cu ildə prezident Şimon Peres, bir il sonra isə o zaman Xarici İşlər Nazirliyinə rəhbərlik edən Aviqdor Liberman Azərbaycana səfər edib. 2016-cı ilin dekabrında Benyamin Netanyahu yenidən Bakıya səfər edib. 2022-ci ilin aprelində nazir Konstantin Razvozovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycan paytaxtına səfər edib.

Azərbaycanın xarici işlər naziri ilk dəfə 2013-cü ilin aprelində İsrailə səfər edib. Elmar Məmmədyarov prezident Şimon Peres, baş nazir Benyamin Netanyahu, Knessetin spikeri Yuli Edelşteyn tərəfindən qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO