“Volkov erməni seperatçıları ilə əlbirdir” – Fəzail Ağamalıdan SƏRT TƏNQİD

“Volkov erməni seperatçıları ilə əlbirdir” – Fəzail Ağamalıdan SƏRT TƏNQİD

Hazırda oxunan: “Volkov erməni seperatçıları ilə əlbirdir” – Fəzail Ağamalıdan SƏRT TƏNQİD

109149

“Qarabağda baş verən hadisələri çox böyük həssaslıqla izləyirəm. Yaranan mənzərə sübut edir ki, bütün bu xoşagəlməz, Azərbaycanın suverenliyinə təhdid törədən hadisələrin müəllifi və onu reallaşdıran Moskva, Kremldir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı ekoloqlar Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirir – ANBAAN VİDEO


Deputatın sözlərinə görə, Moskvadan gələn təlimata uyğun olaraq, ərazimizdə müvəqqəti yerləşdirilmiş erməniməramlı rus qüvvələri beynəlxalq hüququ açıq şəkildə tapdalayırlar:

“Onlar Putinin imzalamış olduğu bəyanatı ayaqlar altına ataraq, Rusiya Prezidentinin imzasına zərrə qədər hörmət göstərmədən, Azərbaycanın suverenliyinə təhdid yaradırlar. Bir neçə gün əvvəl Azərbaycanın müvafiq rəsmi qurumlarının apardığı danışıqlarla monitorinqlərə razılıq verən Volkov, dünən ərazilərimizi vəhşicəsinə istismar edib, sərvətlərimizi Ermənistana daşıyıb, pula, silaha çevirib, yenidən üzərimizə gələn Vardanyan kimi parazitlərlə bir olduğunu sübut etdi. Və bizim müvafiq qurumların monitorinq aparması üçün bölgəyə daxil olmasına imkan vermədi.

Volkov özünün qurmuş olduğu ssenari əsasında 10-15 separatçını ora toplayaraq, guya etirazların həmin şəxslərin təşəbbüsü olduğunu saxtakar formada nümayiş etdirdi. Bu sülhməramlıların maskasını yırtdı. Artıq bəlli oldu ki, erməniməramlı Volkovun rəhbərlik etdiyi rus silahlı dəstələrilə, erməni separatçıları bir yerdədirlər, bərabərdirlər”.

Fəzail Ağamalı Azərbaycan vətəndaş institutunun nümayəndələrinin, jurnalistlərin çadır quraraq Xankəndi-Gorus yolunu bağlamasını da alqışlayıb:

“Mən və bütün partiyamız onlarla bərabərik. Ehtiyac duyularsa, Ana Vətən Partiyası da özünün çoxsaylı üzvləri ilə vətəndaş cəmiyyətinin fəallarıyla birgə bu aksiyada iştirak etməyə hazırdır. Sona qədər dayanmalı, sona qədər getməliyik. O yol açılmalı deyil. Yol yalnız o zaman açılar ki, erməniməramlı Rusiya silahlı qüvvələri Azərbaycan müvafiq qurumlarına monitorinq aparmaq üçün bəlli yerlərə getməsinə imkan yaradarlar. Və rus silahlı qüvvələri Azərbaycan ərazilərində, qanunlarımıza riayət etməklə suverenliyimiz qarşısında başlarındakı əsgər “kepka”sını çıxarıb baş əyməlidir. Yalnız bundan sonra biz onlarla hər hansı danışıqlara gedə bilərik.

Ona görə də, nə qədər ki, Azərbaycanın suverenliyi tanınmayıb, bizim qoyduğumuz tələblər onlar tərəfindən yerinə yetirilməyib, bu aksiya davam etməlidir. Əminəm ki, Azərbaycan xalqının bütün nümayəndələri də həmin aksiya ilə həmrəydir”.

Qeyd edək ki, dekabrın 7-də İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyatı qurumların rəsmiləri ilə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıların komandanlığı arasında müzakirələr baş tutub.

Danışıqlarda Rusiya sülhməramlılarının komandanlığı və Azərbaycan rəsmiləri arasında sərvətlərimizin talan edilməsilə bağlı monitorinq aparılması məsələsində razılıq əldə olunub.
 

Lakin dekabrın 10-da müvafiq məqsədlə bölgəyə yollanan rəsmilərimizin qarşısına özünü qondarma qurumun dövlət naziri kimi təqdim edən erməni oliqarx Ruben Vardanyan çıxıb. Nəticədə, monitorinq baş tutmayıb.


Bu gün isə  Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa yaxınlığında aksiya keçirərək, Xankəndi-Gorus yolunu bağlayıblar.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO