“Mən ikinci dəfə Qırmızı Qəsəbəyə (Sloboda), haqlı olaraq “Azərbaycanın Yerusalimi” adlandırılan yerə səfər etmək şərəfinə nail oldum. Kiçik nümayəndə heyətinin tərkibində Azərbaycana gəldim və dağ yəhudilərinin sərbəst yaşadığı gözəl bir qəsəbə gördüm. Orijinal mədəniyyəti və adət-ənənələri qoruyub saxlamağa çalışan Dağ Yəhudiləri Muzeyini gördüm. Muzey məndə böyük təəssürat yaratdı”.
Bizim.Media xəbər verir ki, bu barədə “stmegi.com” saytına müsahibəsində Qırmızı Qəsəbəyə səfəri ilə bağlı təəssüratlarını bölüşən israilli politoloq Mixail Finkel danışıb.
O, qəsəbə administrasiyasında çalışan insanlarla və yerli sakinlərə gündəlik həyatlarında köməklik göstərənlərlə görüşüb.
“Mən orada yaşayan insanları gördüm. Onlar üçün bu qədər iş görən və çox şeylər edən Qod Semenoviç Nisanov və German Raşbiloviç Zaxaryayev haqqında mehribanlıqla, hərarətlə danışdılar. Vətənə məhəbbət onların həyatları boyu keçirdikləri heyrətamiz bir hissdir.
Vətən çoxsəviyyəli anlayışdır. Mən belə deyərdim: insan kiçik vətənini hiss etdiyindən yaşamağa başlayır. Onlar qəsəbəni abadlaşdırmaq, ona yeni nəfəs vermək üçün hər şeyi edirlər.
Gördüm ki, bunu necə heyranlıqla və sevgi ilə edirlər. Həm də təkcə bu gün sağ olanlara kömək etmirlər. Dünyanı tərk edənlərə münasibətləri də belədir. Qəbiristanlıqların bərpasına dəstək olmaq ən nəcib işlərdəndir.
German Raşbiloviç dedi ki, 300 ilə yaxındır ki, yəhudilər Qəsəbə (Sloboda) ərazisində yaşayır və bolşevik rejimi dövründə “qırmızı” sözü əlavə edilib. Bundan əvvəl çar dövründə yaşayış məntəqəsi mənbələrdə “Yəhudiləri Slobodası” kimi qeyd olunub.
German Raşbiloviç Zaxaryayev kiçik vətəni – Qırmızı Qəsəbənin və böyük vətəni - Azərbaycanın tarixi haqqında hər şeyi bilir.
İstərdim ki, hamımız vətənimizi və xalqımızı səmimi qəlbdən sevək. Mən Qırmızı Qəsəbəyə və Azərbaycana firavanlıq arzulamaq istəyirəm. Qoy bizi əbədi dostluq bağlasın”, - deyə M.Finkel bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:01 / 08.12.2022
“Qubada dağ yəhudilərinin sərbəst yaşadığı gözəl qəsəbə gördüm” - İsrailli politoloq
Hazırda oxunan: “Qubada dağ yəhudilərinin sərbəst yaşadığı gözəl qəsəbə gördüm” - İsrailli politoloq
Hazırda oxunan: “Qubada dağ yəhudilərinin sərbəst yaşadığı gözəl qəsəbə gördüm” - İsrailli politoloq
108500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.