“Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də hələ delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin axtarışını davam etdirir”.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə rəsmi “Twitter” hesabında bildirib.
O qeyd edib ki, indiyədək 146 əsgərin nəşi Ermənistana qaytarılıb.
Bizim.Media
Azerbaijan, demonstrating strong commitment to #IHL, continues to search for remains of Armenian soldiers killed during the latest military provocation by ?? on September 12-14 along the undelimited border. So far, remains of 146 soldiers returned to Armenia.
— Aykhan Hajizada (@Aykhanh) November 28, 2022