Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndə heyəti Bakıya gəlib.
Bizim.Media ''DHA''ya istinadla xəbər verir ki, heyətə MHP başqan köməkçisi Mevlut Karakaya, Ülkü Ocaqları başqanı Ahmet Yığit Yıldırım, İsparta bələdiyyəsinin keçmiş rəhbəri, memar Yusuf Ziya Günaydın daxildir.
MÖVZU İLƏ BAĞLI:
MHP sədri Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikəcək - VİDEO
MHP nümayəndələri Bakıda bir sıra görüşlər keçirəcəklər. Sonra isə Şuşaya məktəb tikintisi üçün yeri müəyyənləşdirməyə gedəcəklər.
Xatırladaq ki, MHP lideri Dövlət Baxçalı yanvarın 16-da Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun Şuşada Üzeyir Hacıbəyov adına 9 illik məktəb tikmək istədiyini söyləyib.
MHB sədrinin bu təklifinə Azərbaycan və Türkiyə prezidentləri razılıq veriblər. Baxçalı məktəbin eskizini nümayiş etdirib.
Bizim.Media