Baş nazir qardaş Türkiyəni belə təbrik ETDİ

Baş nazir qardaş Türkiyəni belə təbrik ETDİ

Hazırda oxunan: Baş nazir qardaş Türkiyəni belə təbrik ETDİ

101765

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin Vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyin bariz ifadəsi kimi dəyərləndirilib.
Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə səylərlə genişləndirmək və şaxələndirmək əzmindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO